"Heç-heçə mənim üçün yaxşı nəticədir".
Prosport.Az xəbər ki, bunu Kanadanın Toronto şəhərində keçirilən Namizədlər Turnirinin I turunda rusiyalı Yan Nepomnyaşşi ilə heç-heçə edən Azərbaycan şahmatçısı Nicat Abasov deyib.
28 yaşlı qrossmeyster rəqibinin belə oyun sərgiləyəcəyini gözləmədiyini söyləyib: "Məqsədim onu möhkəm saxlamaq idi. Bu, ilk qarşılaşmadır, kəskin və dinamik oynamaq istəmirdim".
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının 2 dövrədən ibarət mübarizəsində 1-ci olan hazırkı dünya çempionu Din Lirenlə (Çin) şahmat tacı uğrunda oynamaq hüququ əldə edəcək.
