"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunun son iki oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk oyunu "Gəncə" və "Şəki" komandaları arasında baş tutub.
Bu oyun "Gəncə" klubunun 85:78 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Gəncə"dən Donovan Filds (20 xal, 7 asist), "Şəki"dən Simeus Vebster (22 xal, 14 ribaund) olub.
Günün 2-ci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan "Sabah"la "NTD-İndiqo" üz-üzə gəlib. Bu görüşdə "NTD-İndiqo" 89:85 hesablı qələbə qazanaraq B qrupunu lider tamamlayıb.
"Sabah"ın məğlub olmasından sonra "Sərhədçi" yarımfinala vəsiqə qazanıb. Ən məhsuldar basketbolçular "Sabah"dan Endər Poladxanlı (21 xal, 10 ribaund), "NTD-İndiqo"dan Qriffin Remmi (21 xal, 11 asist) olub.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal oyunları ("NTD-İndiqo" – "Xəzri", "Neftçi" – "Sərhədçi") aprelin 17-də keçiriləcək