Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən oğlanlardan ibarət U-16 basketbol yığmamız daha 2 yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz hər iki oyunda da rəqibini məğlub etməyi bacarıb.
AZE U-16 – "Rustavi" (78:55)
AZE U-16 – "Paçulia Akademi" (68:61)
Qeyd edək ki, yığmamız sabah təlim-məşq toplanışını yekunlaşdıraraq, Vətənə qayıdacaq

