“Sabah”ın futbolçusu Aleksey Kaşşuk 21 yaşadək oyunçulardan ibarət Ukrayna millisinə çağırılıb.
Prosport.az xəbər verir ki, baş məşqçi Ruslan Rotan növbəti dəfə yarımmüdafiəçiyə dəvət göndərib.
O, Danimarka və İtaliyanın U-21 yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, Ukrayna yığması martın 24-də Danimarka, 27-də isə İtaliya ilə qarşılaşacaq

