Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizdən asılı olan hər şeyi etmişik" - Qurban Qurbanov
    15.03.2024 16:08:55

    "İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu".

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer" klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

    Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdiyi epizodu dəyərləndirib. O, referinin qərarı ilə razılaşmayıb: “İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR dəvət etdi, ancaq yenə də söz sahibi baş hakim idi. Futbol mübarizə oyunudur. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.

    52 yaşlı çalışdırıcı mərhələ adlamaq şansını son anda əldən verdiklərini etiraf edib: “Hər iki oyunda şansımız çox oldu. Həm Bakıdakı, həm də Leverkuzendəki görüşün son saniyələrində qapımızdan qol buraxdıq. Məğlub olsaq da, qazandığımız şeylər çox oldu. Komanda olaraq bu mövsüm azarkeşlərimizə yaxşı oyun göstərdik. Buna görə futbolçularıma təşəkkür edirəm. Daha bir mərhələ irəliləmək istərdik. Ancaq qarşımızdakı rəqibin çox ciddi olduğunu da nəzərə almaq lazımdır. Həmçinin azlıqda qalmağımız da nəticəyə təsir etdi”.

    Baş məşqçi qırmızı vərəqə alan Elvin Cəfərquliyevə buna görə irad bildirmədiyini söyləyib: “Oyundan sonra kiminləsə danışmağım, etiraz bildirməyim düzgün olmazdı. Hamının emosiyaları fərqli idi. Biri əsəbləşmişdi, biri üzülmüşdü. Belə vəziyyətdə irad bildirmək düzgün olmaz. Yenə də diqqətli olmalı, daha tez oynamağı bacarmalıdırlar. “Bayer” bu mövsüm Almaniya Bundesliqasının da bir çox oyununda son dəqiqə qolu ilə qalib gəlib. Bu, komandanın dözümlülüyündən, düzgün formalaşmasından irəli gəlir. Həm ustalıq, həm fiziki güc, həm də ilboyu bu tempdə oynamaq belə vəziyyətə gətirib çıxarır”.

    Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə də münasibət bildirib. O, “Qarabağ”dan ayrılmaq istəmədiyini deyib: “Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”.

    Mütəxəssis artıq Premyer Liqanın XXVII turunda “Turan Tovuz”la keçiriləcək səfər oyununa hazırlaşacaqlarını sözlərinə əlavə edib: “Çempionat oyunlarına köklənmək çətin olmayacaq. İllərdir bu formada oynamışıq. Sadəcə, “Turan Tovuz”la oyun üçün Tovuza getmək bir az çətin olacaq”.

    Qurban Qurbanov sonda yeni futbolçu axtarışlarını davam etdirdiklərini bildirib: “Bununla bağlı işlərimiz davam edir. Bəzən buna az zaman ayıra bilərik. Amma ümumilikdə ilboyu baxışlarımız, danışıqlarımız, axtarışlarımız olur”.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved