“Qarabağ”ın 13 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Elşad Xudadatovun baş məşqçisi olduğu U-13 beynəlxalq turnirin qrup mərhələsində son matçına çıxıb.
Komandamız III turda Rusiyanın "Kalininqrad" klubu ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 36-cı dəqiqədə İbrahim Rza imza atıb.
İlk iki turda Rusiyanın "Çertanovo-Severnoe" klubunu 2:1, Belarusun "Yuri Puntus Futbol Məktəbi"ni isə 2:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsini 7 xalla başa vurub. Ağdam təmsilçisi A qrupunda 2-ci yeri tutub. U-13 bununla da 1/4 finala yüksəlib.
Qeyd edək ki, növbəti mərhələnin matçları sabah keçiriləcək.

