Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Bu faizlə çempionluq haqqında danışa bilmərik" – "Neftçi"nin baş məşqçisi
    9.03.2024 11:07:28

    Basketbol üzrə Azərbaycan Kubokunun qrup mərhələsində "Neftçi" "Cəlilabad"a 82:71 hesabı ilə qalib gəlib.

    Prosport.Az hər iki komandanın baş məşqçilərinin fikirlərini təqdim edir:

    Anar Sarıyev ("Neftçi"): "Ümumi olaraq deyə bilərəm ki,  müdafiədə həddindən artıq pis başladıq. Demək olar ki, bütün topları boşa atdıq, dəyib-dəyməməyi isə başqa məsələ. Müdafiədə istədiyimizi ala bilmədik. Sonradan bir qədər oyunu öz xeyrimizə dəyişdik və ona nəzarət etməyə başladıq. III periodda uşaqlar yenə tam istədiyimizi verə bilmədilər və yenidən müdafiədə səhlənkar oynadılar. Artıq neçənci oyundur ki, 3 xallıq toplarımızın böyük hissəsi səbətə düşmür. Yenə də  məşqlərdə bunun üzərində işləməliyik ki, problemi həll edək, faizi artıraq. Bu faizlə biz komanda olaraq çempionluq haqqında danışa bilmərik.

    Qələbəyə görə komandanı təbrik edirəm! 1 günlük istirahətdən sonra yenidən məşqlərə başlayacağıq. "Gəncə" ilə çempionat oyununa hazırlıqları davam etdirəcəyik".

    Şəhriyar Əsgərov ("Cəlilabad"): "Zədələr və itkilər səbəbindən ölkə kubokuna hazırlaşarkən iddialı olmadığımızı öncədən də bilirdik. Bu səbəbdən də kubok matçları bizim üçün bir növ ölkə çempionatının oyunlarına hazırlıq və tramplin kimi idi. Xüsusilə də müdafiədə oyunumuzu yaxşılaşdırmaq və sərtləşdirmək mənasında bəzi dəyişiklikləri və variantları yoxladıq. Məncə, müəyyən mənada düşündüyümüz və fikirləşdiyimiz planları reallaşdıra bildik. Müdafiəni gücləndirə bilmişik. Bugünkü matçın ilk 3 periodunda da buna az-çox nail ola bildik. Bunun sayəsində hətta hesabda bir müddət önə də keçdik. Lakin oyunun sonlarında komandamın fiziki gücü çatmadı deyə, yekunda məğlub olduq. Hazırda ən böyük çatışmazlığımız məhz fiziki hazırlıqla bağlıdır. Artıq bunun üzərində işləməyə başlayacağıq. Qarşılaşmaya təsir edən amillərdən biri də hakimlər oldu. Düzdür, onlar barədə çox danışmaq istəmirəm, lakin Raşon Consonun atışı zamanı səhv qərar verdilər, ardınca isə ehtiyatda oturanlara texniki faul verdi. Ancaq dediyim kimi, məğlubiyyəti onların üzərinə yıxmaq istəmirəm. Daha öncə vurğuladığım kimi, "Neftçi" kimi güclü rəqiblə baş-başa mübarizə apara bilməyimiz gələcəyə nikbin baxmağımıza imkan verir. Çempionatda son 4 matçdan ən azı 2-də qalib gəlməyi hədəfləmişik. Ayın 16-da "Sabah"ı Cəlilabadda qəbul edəcəyik. Azarkeşlərimizi həmin oyuna gəlməyi çağırıram. Məhz onların dəstəyi sayəsində biz məqsədimizə çata və pley-offa düşə bilərik".

    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved