Basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti 2 oyun keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçı "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub.
"Sərhədçi" İdman Mərkəzində baş tutan görüş paytaxt klubunun 92:81 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Şəki"dən Hüseyn Əsgərli (20 xal, 5 ribaund), "Sərhədçi"dən Cəbrayıl Əkbərov (20 xal, 16 ribaund) olub.
Günün 2-ci oyununda kubokun əsas favoriti "Sabah" "Gəncə" ilə qarşılaşıb. Oyunu 89:77 hesabı ilə qalib tamamlayan bakılılar B qrupunda "NTD-İndiqo" ilə xallarının sayını bərabərləşdirib. Ən məhsuldar basketbolçular "Sabah"dan Endər Poladxanlı (25 xal, 8 ribaund), "Gəncə"dən Derek Rouds (21 xal, 2 asist) olub.

