Basketbol üzrə Azərbaycan Kubokunda III tura start verilib.
Prosport.Az xəbər verir ki, açılış oyunu A qrupunda "Sumqayıt" və "Cəlilabad" komandaları arasında keçirilib.
"Sərhədçi" İdman Mərkəzində oynanılan qarşılaşma Cəlilabad təmsilçisinin 90:76 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçı da A qrupunda olacaq. "Neftçi" eyni məkanda "Xırdalan”ı sınağa çəkəcək.
