Basketbol üzrə Azərbaycan Kubokunda daha bir oyun keçirilib.
Prosport.Az xəbər verir ki, B qrupunda yer alan “NTD-İndiqo” ilə “Sərhədçi” komandaları üz-üzə gəlib.
İlk turda rəqibləri üzərində qələbə qazanan klubların duelindən bu dəfə “NTD-İndiqo” üstün ayrılıb. “Sərhədçi”ni 104:70 hesabı ilə məğlub edən Tahir Baxşıyevin yetirmələri ölkə kubokunda ardıcıl 2-ci qalibiyyətlərini qazanıb.
Xatırladaq ki, "NTD-İndiqo" daha əvvəl "Şəki"ni 103:63 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, bu gün keçirilən qrupun digər matçında “Sabah” “Şəki”ni 103:82 hesabı ilə məğlub edib.
