Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Özümü həkimə göstərməli idim, Bakıda tıxaca düşdüm" – Nigeriyalı məşqçi
    28.02.2024 20:04:25

    Bu gün "NTD-İndiqo" Azərbaycan Kubokunda "Şəki" ilə qarşılaşıb.

    Prosport.Az xəbər verir ki, 2 şimal təmsilçisinin Bakıda baş tutan görüşündə Xaçmaz təmsilçisi 40 xal fərqi ilə qalib gəlib – 103:63.

    Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib:

    Tahir Baxşıyev ("NTD-İndiqo"nun baş məşqçisi): "Matçdan əvvəl hardasa başa düşürdük ki, biz "Şəki"dən daha güclüyük. Ancaq heç bir qələbə asan qazanılmır. Oyuna rahat çıxa bilməzsən. Əks təqdirdə zədə almaq riski böyükdür. Bundan əlavə, basketbolçuları bu cür matçlara motivasiya etmək həmişə çətindir. Ancaq bu mövzuda uşaqlarla danışdıq. Bu gün gənc oyunçulara şans verdik. Məni sevindirdilər. Müdafiədə yaxşı oynadılar. 12 oyunçunun hamısının xal toplaması məni də sevindirdi. Bu tez-tez baş vermir.

    Kubok çempionatdan fərqlidir. Tamamilə fərqli yarışdır. Gənc yerli oyunçulara çempionat oyunlarında da şans verməyə çalışırıq. Amma kubokda limit fərqli olduğundan, yerli oyunçular daha çox şans qazanır. "NTD-İndiqo"nun yerli oyunçularının 90%-i bizim yetirməmizdir. Biz həmişə gənc oyunçularla işləyirik. Heyətdə 16 və 17 yaşlı uşaqlar var. Və deməzdim ki, onlar təcrübəli basketbolçulardan zəifdir.

    2 cəbhədə oynayırıq. Əgər titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik".

    Aleksander Uco ("Şəki"nin baş məşqçisi): "Uduzmağımızın səbəblərini bilmirəm. Biz müdafiədən oynadıq. Qalib gəlmək təcrübəsi uşaqlarda yoxdur. 

    Azərbaycan Kubokunda daha çox yerli oyunçu meydana buraxılmalıdır. Fasilə zamanı biz yerli oyunçu komandaya cəlb etməyə çalışdıq. Bizim problemimiz odur ki, yerli və əcnəbi basketbolçular Bakını sevir, Şəkini yox. Onları "Şəki"yə cəlb etmək çətindir.

    Oyuna niyə gec gəldim? Komandadan tez hoteldən çıxmışdım. Özümü tanış həkimə göstərməli idim. Ancaq Bakıda tıxaca düşdüm. Burada yaşamadığım üçün belə bir problemlə üzləşəcəyimi gözləmirdim".

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved