Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bombardir olmağıma üzülmədim, Ramil də özümüzünküdür" – Musa Qurbanlı
    29.05.2023 13:18:34

    Millimizin və "Qarabağ"ın futbolçusu Musa Qurbanlının Prosport.Az saytına müsahibəsi

    – Cari mövsümü necə qiymətləndirərdiniz?
    – Hər mövsümün öz çətinliyi var. Asan mövsüm olmur. Burada bizim 1 illik əziyyətimiz var. Bizim meydandan kənarda çəkdiyimiz əziyyətlər, məşqlər görünmür. Bütün mövsümlərdə futbolçuların, məşqçilərin, klubun işçilərinin zəhməti var. Ona görə də hər il çempion olanda çox böyük sevinc yaşayırıq. Bu il bizə "Sabah" bir az çətinlik yaratdı. Bu da bizi sevindirir. İstəyərdik ki, "Neftçi", "Zirə", "Qəbələ" və digər klublarımız da çox inkişaf etsinlər, çempionatımız maraqlı olsun. Bu bizə ancaq xeyir verə bilər.

    – Bombardir olmadığınıza görə üzülmədiniz?
    – Yox. Hər oyun qol vurmaq istəyirəm. Elə matç olmayıb ki, qol vurmaq istəməyim. "Turan Tovuz"la sonuncu oyun da onlardan biri idi. Kim istəməz ki, bombardir olsun? Amma çox məyus olmuram. Şükür Allaha ki, 21 qol vurdum. Bombardir Ramil Şeydayev oldu. O da kənar adam deyil, özümüzünküdür. Onun üçün çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş.

    – Bu yayda Avropaya gedişiniz baş tuta bilər?
    – Hələ ki, bu haqda dəqiq qərar verilməyib. Çempionatın bitməsini gözləyirdik. 

    – Son qərarı özünüz verəcəksiniz, yoxsa Qurban Qurbanov?
    – İkimiz bir yerdə qərar verəcəyik. Nəticədə gedib oynayası olan mənəm. Amma atamın da qərarı olmadan addım atmaram. Əlbəttə ki, onunla məsləhət olunacaq. Çünki atamın həyatda və futbolda təcrübəsi məndən qat-qat çoxdur.

    – "Qarabağ"da qalsanız, yeni mövsümdə sizi komandanızın əsas hücumçusu kimi görə bilərik?
    – Bunu mən deyə bilmərəm. Mənim işim meydana çıxıb oynamaqdır. Onu zaman göstərəcək.

    – Ölkə çempionatında 21 qol vurdunuz, amma avrokuboklarda qolunuz yoxdur. Bu səddi nə vaxt aşacaqsınız?
    – Ölkə çempionatında 30-dan çox oyunum var. Avrokuboklarda isə demək olar ki, 2 matçda oynamışam. Oynadıqca düzələr, inşallah.

    – "Zalsburq", "Poqon" klubları ilə adınız hallanır. Təkliflər realdır?
    – Təklifi kluba göndərirlər, mənim özümə yox. Rəsmi təklif olsa, yəqin ki, xəbərimiz olar. Maraqlananların olması normaldır. Çünki gənc futbolçunun nəticəsi varsa, maraqlanan olur. Mən bunu ümumi məlumat olaraq bilirəm.

    Futbol

    Çexiya klubu Bakıya itkilərlə gəlir

    10.10.2026 11:13:11
    Futbol

    "Zirə" "Şamaxı"nı qəbul edir, "Qəbələ" Sumqayıt səfərində

    10.10.2026 10:26:36
    Futbol

    "Sabah"ın rəqibi mövsümdə ilk dəfə xal itirdi

    10.10.2026 09:00:50
    Futbol

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58
    Futbol

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18
    Futbol

    "İstəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər" – Yuri Vernidub

    9.10.2026 22:22:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan və Avropa Ağırlıqqaldırma Federasiyaları arasında əməkdaşlıq müzakirə edilib

    10.10.2026 16:05:17

    "Kür" avrokubok oyununa çıxır

    10.10.2026 15:31:55

    AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı keçirtdi

    10.10.2026 15:07:05

    Gəncə klubundan baş məşqçiyə xəbərdarlıq: Bu halda müqavilə pozulacaq

    10.10.2026 14:54:29

    Dünya çempionatı: Uşanqi finalda, Kənan və Camal üçün "bürünc" şansı – YENİLƏNİR

    10.10.2026 14:42:51

    "Bakı su idman növlərinin xəritəsində öz yerini tutur" - Antoniu Silva

    10.10.2026 13:49:50

    Millimiz üçün çətin püşk: Əvvəl Avstriya, sonra Yaponiya

    10.10.2026 12:40:57

    "Azərbaycanda üzgüçülüyün inkişafına pessimist yanaşmıram" - Türkiyəli federasiya prezidenti

    10.10.2026 12:13:20

    Avropa çempionatı: 5 boksçumuz finalda, 3-ü "bürünc"lə kifayətləndi

    10.10.2026 11:42:21

    Çexiya klubu Bakıya itkilərlə gəlir

    10.10.2026 11:13:11

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15

    "Zirə" "Şamaxı"nı qəbul edir, "Qəbələ" Sumqayıt səfərində

    10.10.2026 10:26:36

    "Sabah"ın rəqibi mövsümdə ilk dəfə xal itirdi

    10.10.2026 09:00:50

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved