Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Vəziyyət heç də ürəkaçan deyil" – Şəhriyar Əsgərov
    28.02.2024 10:38:00

    Azərbaycan Kubokunda "Xırdalan" "Cəlilabad"ı 108:84 hesabı ilə məğlub edib. 

    Prosport.Az hər iki komandanın baş məşqçisinin fikirlərini təqdim edir:

    Uğur Özdəmir ("Xırdalan"ın baş məşqçisi): "Ölkə kubokuna qələbə ilə başladığımız üçün komandamı təbrik edirəm. Geniş heyətlə bu oyunda çıxış edə bildik. Çox oyunçumuzdan dəstək ala bildim. Ümumi nəzər salsaq, 2 həftə oyun oynamamağımızın ilk dəqiqələrdən təsirini hiss etdik. Lakin sonradan oyuna adaptasiya olmağı bacardıq. Yerli oyunçulardan Fikrət Ələkbərovun 33 xal qazanması və 10 assistlik göstərici ilə çıxış etməsi gözəl statistika idi. Bütün oyunçularıma bundan da gözəl oyun sərgiləmələrini arzu edirəm, xüsusilə müdafiədə. Çünki bu gün müdafiədə yaxşı oynamadığımızı düşünürəm. Bir daha komandamı təbrik edirəm".

    Şəhriyar Əsgərov ("Cəlilabad" komandasının baş məşqçisi): "İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. "Xırdalan" bu vaxta qədər təcrübəsi ilə, göstərdiyi oyunla, qazandığı nəticələrlə sözünü deməyi bacarmış komandadır. Geniş heyətləri və çox yaxşı məşqçiləri var. Bu gün çox istəkli görünürdülər. Düşünürəm ki, kuboku qazanmağa əsas iddialı komandalardan biridir. Bizim komandaya gəldikdə isə... Vəziyyət heç də ürəkaçan deyil. Ciddi itkilərimiz var. Əsas heyətdən 3 oyunçumuz zədəlidir. Seyidhüseyn Eynullayev və Raşon Consonun yoxluğu özünü göstərir. Həmçinin, yığma komandanın heyətində dizindən zədələnən kapitanımız Zaur Paşayevin olmaması da işimizi çox çətinləşdirir. Həmçinin əlavə edim ki, ümumi heyət üzvlərindən Andrey Kondratyev də məhz zədə səbəbindən bu gün bizə kömək edə bilmədi. İtkilər səbəbindən işimizi gənclərə buraxmalı olduq. Lakin nə etmək olar... Hər bir işdə xeyir var. Gənclərimiz də yaxşı təcrübə topladı. Məncə, hesabdaki fərq də məhz bu səbəbdən oldu. İnanın səmimiyyətimə, komandamın potensialı qat-qat daha üstündür. Sadəcə, komandamın bu gün itkilər fonunda motivasiyasız, həvəssiz oynaması məni daha çox məyus etdi. Rəqib də bundan maksimum yararlandı. "Xırdalan"ın heyətində Fikrət Ələkbərov məhsuldarlığı ilə seçildi. Bu da müdafiədə ciddi boşluqlar verməyimizin nəticəsi idi. Növbəti oyunlarda ümid edirəm ki, tam heyətlə istədiyimiz nəticələri qazana biləcəyik. Əsas hədəfimiz çempionatda ilk "6-lığ"ı tutmaq və kubokda maksimum çox irəliləməkdir".

    Qeyd edək ki, bu gün turnirdə 16:30-da "NTD-İndiqo" – "Şəki", 19:30-da "Sərhədçi" – "Gəncə" oyunları keçiriləcək. Azərbaycan Kubokunun bütün oyunları "Sərhədçi" İdman Mərkəzində təşkil olunur.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved