Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ancaq nə edim, "Qarabağ"ı məğlub edə bilmirik, axı!" – Samir Abasov
    25.02.2024 21:59:33

    "Qarabağ"ı həm bu, həm də avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Qalib gəlmək üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var. Acı reallıq olsa da, "Qarabağ"ın gücü var. Böyük hesabla uduza da bilərdik. "Qarabağ"a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXIV turunun "Qarabağ"la oyunundan (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

    – 2-ci pillədə olsanız da, top fərqində mənfi göstəriciyə sahibsiniz. Hər zaman hücum xəttindən gileylənirsiniz. Bu, müdafiənin çox top buraxması ilə əlaqədar deyil?
    – Bu sualdan əvvəl analiz edib, götür-qoy etsəniz, görəcəksiniz ki, müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər "Qarabağ"la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, "Qarabağ"a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarda səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. "Sabah"a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi, deyəsən, 1 qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik.

    – Özünüz qeyd etdiniz ki, böyük hesabla da məğlub ola bilərdiniz. "Qarabağ" əsas heyətlə oynasaydı, böyükhesablı məğlubiyyətiniz qeydə alınardı?
    – 
    Əsas heyət deyəndə ki, gəlin, bunun üzərində durmayaq. Bu doğru deyil axı. Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. "Qarabağ"da əsas heyət hansıdır, hansı əsas heyət deyil? "Qarabağ"ın 2-ci heyəti deyirsinizsə, onlar hər bir komandanı yenməyə qadirdir və bunu etməlidir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil.

    – Siz "Neftçi" ilə "Qarabağ"ı yenib çempion olmuş məşqçisiniz. Nə zaman "Qarabağ"a qarşı oynayacaq komanda ortaya çıxacaq? "Sumqayıt" nə vaxt "Qarabağ"ı məğlub edəcək potensiala gələcək?
    – 
    Yersiz sualdır desəm, məndən inciyəcəksiniz. Verilən cavab da yersiz olacaq. "Qarabağ"a rəqib olmaq üçün işi düzgün qurmalısan. "Qarabağ" 1 ilin komandası deyil. Futbol 11 nəfərin 11 nəfərə qarşı oynadığı oyun deyil, struktura qarşı oynanılan oyundur. O qədər nüanslar var. "Qarabağ" "Səbail" və "Araz-Naxçıvan"a da uduzub. Mövsüm ərzində belə şeylər ola bilər. Amma bunlar aldadıcı olmasın. Çünki ən azından məsləhətim odur ki, Azərbaycan klubları Avropa komandalarına deyil, elə "Qarabağ"a baxıb dərs çıxarsın ki, ümumi klubun görəcəyi iş necə olur. "Qarabağ"a yaxın büdcən, futbolçuların olmursa, yaxın 10 ildə mən tərəfdən belə şey gözləməyin.

    – Qorxmursunuz ki, bu məğlubiyyətlə mövqeyinizi itirə bilərsiniz?
    – 
    Zərrə qədər qorxu yoxdur. Çünki mövsümün əvvəlində məqsədimiz var ki, çempionatda qalaq. 3-4 tura çempionatda qalmağı həll edərik. Bu yerimizi itirməkdən qorxmağa gəlincə, çalışacağıq ki, buralarda olaq. Çünki əziyyətlə gəlib çıxmışıq. Amma reallıqlar var. Yaxın izləyicilərimiz var. Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq. Ən əsas məqsəd də yaxşı komanda qurmaqdır. 

    – İlk "3-lük"də tamamlasanız, büdcə böyüyəcək? Vədlər var?
    – Bu haqda danışmamışıq. Azərbaycan futboludur, sabah necə olacağını bilmirsən. Hər şey ola bilər. Biz bu gündən danışmalıyıq. Sabah necə olacağını bilmirəm. Bu vaxta qədər gördüyümüz işin uğursuz olduğunu düşünmürəm. Uduzmuşuq və bundan nəticə çıxarmağa çalışacağıq.

    – 2-ci yer uğrunda gərgin mübarizə gedir. "Qarabağ" kuboku da götürsə, Avropa Liqasına 2-ci pillədəki komanda gedəcək. Bu haqda fikriniz necədir?
    – 
    Mənim problemim odur ki, digərlərindən fərqli olaraq problemləri həmişə dilə gətirirəm. Bu skameyka, bu oyunçu sayı ilə həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin olardı. Ya ikisini də yarımcanlı oynamalısan, ya da birində canını qoymalısan. Kubokda hər şeyimizi qoysaydıq, növbəti matçda yaxşı nəticə qazanmağımız mümkünsüzə yaxın idi. Amma hər bir halda, çıxdığımız matçda qələbə qazanmaq istəyirik. Avrokubok zonasında olmağı çox istəyirik. Bu mövsüm oyunumuzla buna yaxınıq. "Sumqayıt"dan bu gün pis danışan yoxdur. Dirənəcəyimiz yer "Qarabağ"dır, onların da gücü bəllidir. Digər komandalarla 1 xal üçün oynamırıq, qələbə üçün meydana çıxırıq. Mövsümün sonunda tutacağımız mövqeyimiz bizi üzməli deyil. Biz ilin əvvəlində qoyduğumuz planlar nədirsə, ona doğru getmək istəyirik. Mərhələ-mərhələ irəliləmək niyyətindəyik. Hər ölkədə avrokuboklarda oynaya biləcək komanda yaratmaq olar. Bunu Azərbaycanda da edə bilərik. "Qarabağ", "Şerif", "Ludoqorets", "Slaviya" bunu göstərir. Sadəcə, mərhələ-mərhələ buna yaxınlaşmalıyıq. Bizim üçün nümunə də "Qarabağ"dır. Bu mövsüm də 2-ci yerə can atmağımız "Sabah" və "Neftçi"dən irəli gələn problemdir. O komandalar top səviyyəsində olsaydılar, 4-cü yer uğrunda mübarizə aparacaqdıq. Ötənilki "Sabah" bu mövsüm olsaydı, kim deyə bilərdi ki, 2-ci yerə oynayıram? 

    – "Neftçi" və "Sabah"ın zəifləməsinə sevinirsiniz?
    – 
    "Sabah" haqda soruşsanız, cavab verərəm. Amma "Neftçi" haqda ümumiyyətlə cavab vermək istəmirəm. Bütün rəqiblərin, hətta "Qarabağ"ın da bizimlə oyunda zəifləməsinə sevinirəm. Ancaq nə edim, məğlub edə bilmirik, axı!

    Futbol

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44
    Futbol

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24
    Futbol

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    Futbol

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54
    Futbol

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40
    Futbol

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved