Basketbol millimiz dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsinin A qrupunda ilk qələbəsini qazanıb.
Prosport.Az-ın xəbərinə görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığmamız bundan öncə İrlandiyaya 83:76 qalib gəlmiş Kosovo ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada millimiz azarkeşlərin coşğun dəstəyi ilə rəqibinə qalib gəlib – 87:77. Oyunun ən yaxşıları millimizdən Orhan Hacıyeva (27 xal, 11 ribaund, 1 assist, 1 top oğurlama, 2 blok), qonaqlardan isə Dardan Kapiti (19 xal, 6 ribaund, 4 assist, 4 top oğurlama, 2 blok) olub.
Hazırda komandamız 3 xalla qrupun lideridir. Qrupun digər görüşündə bu gün İrlandiya İsveçrəni qəbul edəcək.
Qeyd edək ki, yığmamız növbəti oyununu noyabrın 21-də səfərdə İrlandiyaya qarşı keçirəcək.
09:47
Bu gün basketbol üzrə Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Tahir Baxşıyevin başçılıq etdiyi yığma doğma meydanda Kosovonu sınağa çəkəcək.
"Sərhədçi" İdman Mərkəzində oynanılacaq görüş saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.
