Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Onun kimi mən də İslamı qəbul etmişəm" – "Gəncə"nin kanadalı oyunçusu
    23.02.2024 14:02:31

    "Gəncə"nin kanadalı basketbolçusu İrşad Hant klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – İrşad, gəl əvvəlcə sizi yaxından tanıyaq...
    – İlk öncə onu deyim ki, adımı səsləndirməkdə çətinlik çəkənlər məni "İqqi" deyə çağırır. Torontonun şərqində yerləşən Skarboro rayonundanam. 12 yaşından basketbolla ciddi məşğul olmağa başlamışam. İllər keçdikcə bacarıqlarımı daha da yaxşılaşdırdım. 15 yaşımda ABŞ-a yollandım. Kaliforniyada təhsilimi davam etdirdim. Ardından kollecə qəbul olundum. Texasda universitet komandasının heyətində oynamağa başladım. Beləcə peşəkar karyeram başladı.

    – Adınız bizə daha yaxındır. Bununla bağlı nə deyə bilərsiniz?
    – Bildiyim qədəri ilə adım şərq mənşəlidi, müsəlman adıdır. Məşhur boksçu Məhəmməd Əli kimi mən də İslamı qəbul etmişəm və adımı İrşada dəyişmişəm. Bu dini qəbul etməyimdə də türkiyəli dostumun rolu olub. Namaz qılıram, məscidə gedirəm, oruc tuturam. Dinin vacib əməllərini yerinə yetirməyə çalışıram.

    – Bura gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz?
    – Əfsuslar olsun ki, Azərbaycan haqqında geniş bir məlumata malik deyildim. Bildiyim o idi ki, Türkiyəyə yaxındır. Ancaq buraya gəldiyim üçün peşman deyiləm. Gözəl ölkədir. Yeməkləri dadlıdır, insanlar mehribandır.

    – Yaxınlarınızı, uyğunlaşdığınız həyatı buraxıb bura gəlmək sizin üçün çətin olmadı?
    – Xeyr, çətin olmadı. Çünki 15 yaşımda Kanadadan ABŞ-a yollanmışdım. Həmin dövrdən təkliyə artıq alışmışam. Bunları karyeram üçün edirəm. Legioner həyatı yaşamaq fərqlidir. Həm üzücü, həm də ki xoş hisslər yaşayırsan. Təbii ki, ailəndən, sevdiklərindən ayrı düşürsən. Sevindirici hal isə odur ki, karyeranı inkişaf etdirirsən, yenilik yaşayırsan.

    – Gəncədə sizin üçün xüsusi olan nədir?
    – Bəlkə sizə təəccüblü gələr, amma yeməkləriniz xüsusidir. Sözün açığı, yemək bişirməyi çox sevirəm. Ev yeməklərini, sağlam qidalanmağı sevirəm.

    – Basketbolçu, idmançı olmağınıza əsas səbəb nə oldu?
    – Əsas səbəb soyadımı yüksək tutmaq, tanıtmaq istəyidir. Ailəmin mənimlə qürur duymasını istəyirəm. Uşaq vaxtı bir çox şey mənim və ailəm üçün əlçatmaz olub. O yaşda artıq dərk etmişdim ki, arzuladığım hər şeyə ancaq idmançı olaraq nail ola bilərəm.

    – Ailənizdə sizdən öncə basketbolçu olub?
    – Bəli, olub. Ancaq mənim kimi peşəkar səviyyədə məşğul olan olmayıb.

    – İdmanda uğura aparan yolda ən böyük maneə nədir?
    – Özüm də bunun şahidi olmuşam. Uğurun sirri mənəvi cəhətdən güclü olmaqdır. Çünki o qədər çətinliklər olur ki, onların hamısına tab gətirə bilmək üçün mənəvi gücün olmalıdır. Özünəinam hissi çox şey deməkdir. Uduzmaqdan qorxma, mübarizə apar. Özün olmağa çalışmalısan.

    – Uğura köklənmək üçün hansı psixoloji üsullardan istifadə edirsiniz?
    – Nəfəs hərəkətləri, yoqa ilə məşğul oluram. Hər iki üsul şüuru təmizləməyə, sakitləşməyə, xüsusən də ürək döyüntüsünü normallaşdırmağa xidmət edir. Ürək döyüntülərini sakitəşdirəndə hər şeyi real zamanda görürsən. Sürətli görünən çox şey əslində o qədər də sürətli deyil.

    – Gənc basketbolçulara, bu idmana yeni başlayanlara nə kimi məsləhətlər verə bilərsiniz?
    – İlk növbədə bu idman növünü sevməyə davam etsinlər. Basketbola sevgi göstərsinlər. Əsas olan budur.

    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved