Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv İsveçrənin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 72:53.
Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.
