Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi stadion bəlli olub.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, turnirin həlledici görüşü yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Final görüşü iyunun 2-də baş tutacaq.
Qeyd edək ki, ötən mövsüm ölkə kubokunun həlledici matçının məhz bu arenada keçiriləcəyi gözlənilsə də, sonradan oyun “Neftçi Arena”da təşkil edilmişdi.

