Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sumqayıt" rəqiblər üçün açıq kitabdır" – Samir Abasov
    18.02.2024 19:02:18

    “Zirə” ilə oyundan sonra çox narahatlıq var idi. Bərpa ola bilmədik. Buna səbəb futbolçuların sıx qrafikdə oynamasıdır. Söhbət fiziki bərpadan getmir, dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalın səbəbi də intizamlı oynamaları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Çətin olacaq”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXIII turunun "Turan Tovuz"la görüşündən (0:0) sonra keçirilmiş mətbuat konfransında deyib. 

    - Futbolçu tapa bilməməyiniz sizin yoxsa, rəhbərliyin səhvidir?

    - Uzun mövzudur. Rəqib bizdən aşağı pillədədir, amma hər mövqedə yetərincə oyunçusu var. Bizdə isə 11 nəfər var və dəyişəcəyimiz oyunçular da bəllidir. Transfer sualları təkcə baş məşqçiyə aid olan məsələ deyil. Bu, qlobal problemdir. Klubun siyasətidir. Transferlər klubun imkanlarına görə olur. Bu mövsüm başımızdan yuxarı tullanmışıq.Bəlkə klub olaraq buna hazır deyildik. Amma o demək deyil ki, bunu əldən verəcəyik. Bundan sonrakı mərhələlər üçün hamımıza dərs olmalıdır ki, belə uzağa gedə bilmərik. Getsək belə, əziyyət çəkərik. Biz klub kimi buna hazır olmalıyıq. Ən azından “Turan Tovuz”un gördüyü işi görməliyik. Transfer baxımından deyirəm. Suallar verilir, onlara cavab vermək məcburiyyətindəyəm. Ya da bəzi şeylərə cavab verməyəcəm. Gedib özüm 2-3 oyunçu gətirə bilmərəm. Transfer siyasəti kluba aiddir. “Sumqayıt”a neçə futbolçu lazımdır? Ən azından 4 futbolçu. Siz bunu anlayırsınız. İstəyərdim ki, hamımız bunu anlayaq. Hətta mən beş futbolçu deyərdim. Bu yerə qədər gəlib çıxmışıq. Azarkeşlərimizə bir söz verə bilərəm ki, bu uşaqlarla olsa belə, bunu qorumağa çalışacağıq. Deməyim odur ki, əziyyətli oyunlarımız olacaq. Futbolçular robot deyil, insandırlar, yüklənirlər. Biz bu gün udmaq üçün heç nə etmədik, uduzmamaq üçün nələrsə etdik. 

    - Transfer istəmədiniz?

    - İstəmədim söhbəti deyil. İstəyirik. Klub da çalışır. Sadəcə, imkan çərçivəsində belədir. Fikir ayrılıqlarının olması normaldır. Mən istədiyim futbolçu bir az baha ola bilər. Bizim imkanlara görə gələn futbolçunu da mən istəməyə bilərəm. Bu cür məsələlər olur. Hamı şərh yazır ki, "Samir müəllim, transferlər lazımdır". Bu, Azərbaycanda düzgün formalaşmayan fikirdir. Sanki, Samir müəllim Portuqaliyaya gedib, oyunçunu götürüb gəlməlidir. Xeyr, belə deyil. Bu gün Florentino Peres Toni Krosu əsrin transferi adlandırıb. Amma Qvardiola "Bavariya"dan gedişinə narazı idi. Lakin klub rəhbərliyi bildirdi ki, "Bavariya"nın ənənəsinə uyğun olmadığı üçün onu satırıq. Görürsünüz, klub başqa, baş məşqçi başqa düşünür.

    - "Qarabağ"la oyuna qədər toparlana biləcəksiniz?

    - Bütün oyunlardan qabaq toparlanacağıq. Amma futbolçular da insandır, robot deyil. Xoş olan budur ki, bu cür halsız, yorğun vəziyyətdə ən azından müdafiədə intizamı qorumağa çalışırıq. Uduzmamaq üçün bunu edirsən. Futbolçularım bunu bu gün mükəmməl etdilər. Çox qol epizoduna girmədik, bunu da başa düşürəm. Amma rəqibə də çox imkan vermədik. Milli komandaların oyunlarına görə fasilə olacaq. Həmin vaxtı yükü üstümüzdən atsaq, eyni tempdə də davam edə bilərik.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved