Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Moutinyunun atası mənim atamın məşqçisi olub" – Leandru Andrade
    14.02.2024 13:46:59

    “Moutinyu ilə qarşılaşmaq üçün həyəcanlanıram”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Leandru Andrade abola.pt saytına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Joau Moutinyu barədə danışarkən deyib.

    24 yaşlı oyunçu rəqibin ən təcrübəli siması barədə müsbət fikirlər səsləndirib: “Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joau Moutinyudur. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarviodanıq. Moutinyunun atası mənim atamın məşqçisi olub. Joauya xüsusi məhəbbətim var və onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən evdə oynayacağım üçün çox həyəcanlıyam”.

    Portuqaliya əsilli Andrade “Braqa”ya rəqib olduqları üçün sevindiyini gizlətməyib: “Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika” ilə üzləşməyimizi istəyirdilər. Çünki bunlar əla komandalardır. Həmin oyunçular da ölkəmizi sevir. Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağı arzulayırdım. Ailəmlə danışmışam, onlar səfər oyunumuzda stadionda olacaq. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Belə hal tez-tez yaşanmır”.

    Kabo Verde yığmasının üzvü mərhələ adlayacaqlarına inandığını vurğulayıb: “Mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Hər şeyini ortaya qoyacaq və hər iki matçda qələbə üçün mübarizə aparacaq “Qarabağ”ın adından söz verə bilərik. Rəqibi təhlil edir, haqqında məlumat öyrənirik. Onların üstün cəhətlərindən xəbərdarıq”.

    Leandro Andrade qış fasiləsində Türkiyənin “Qalatasaray”, Çinin “Şanxay Şenxua” və Rusiya klublarından təkliflər aldığını etiraf edib: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.

    Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab görüşü fevralın 22-də baş tutacaq.

    Futbol

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44
    Futbol

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24
    Futbol

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    Futbol

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54
    Futbol

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40
    Futbol

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved