Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Silva "Qarabağ"la bağlı bütün sirləri portuqaliyalılara açdı
    14.02.2024 12:11:02

    "Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir".

    Prosport.Az xəbər verir ki, bunu “Zirə”nin portuqaliyalı futbolçusu Tyaqu Silva ölkəsinin zerozero.pt saytına müsahibəsində deyib.

    "Benfika"nın yetirməsi olmuş 23 yaşlı qapıçı Portuqaliya klubu “Braqa”nın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ” barədə məlumat verib. O, Azərbaycan çempionunun avrokuboklarda daha balanslı oyun sərgilədiyini düşünür: “Qarabağ” burada daha çox dominant, meydanın rəqibə aid hissəsində oynamağı sevir. Avropada isə əksinədir. Sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”.

    O, “Braqa”nı cütün favoriti adlandırıb: “Ancaq onlar oyuna ciddi yanaşmalıdır. Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcəklər. Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdır. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.

    Tyaqu Silvanı ən çox narahat edən məqam hava şəraitidir: “Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli ola bilər. Bu da xeyli çətinliklər yaradır. Soyuqlara dözmək olur, amma küləklə mübarizə aparmaq çətindir. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.

    Qolkiperin fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer”lə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyib. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Amma digər komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyib”.

    Silva “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün 2 eyni səviyyəli heyətə malikdirlər. Bizdə nisbətən kasad heyət var”.

    Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda reallaşacaq.

    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved