"Neftçi" Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında matçlar bağlı fikirlərini bölüşüb:
– Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində 100%-lik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik.
– Penalti epizodunu necə dəyərləndirirsiniz?
– Görə bilmədim. Mənim olduğum yerdən görünmürdü.

