"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXII turunda "Dalğa Arena"da "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Oyun mənim üçün çox maraqlı keçdi. Qol epizodlarımız oldu. Sona qədər səbirli müdafiə olunduq və istədiyimiz qolu vurduq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idi. Bu qələbə ilə çox şeyləri geri qaytara bildik. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".

