Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Ayxan Abbasovdan maraqlı təklif: "Onlar legioner sayılmasınlar"
    13.02.2024 18:09:51

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Gərgin oyun idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. "12-ci oyunçu" bu gün öz sözünü dedi. Futbolçularda bir az basqı var idi. Yuxarı pillələrdə ola bilərik. Çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. İstədiklərimizi yavaş-yavaş görə bilirik.

    - Qələbələr gəldikcə, azarkeşlər avrokuboklara vəsiqə qazanmağı tələb etməyə başlayır. Bu, sizi qorxutmur?

    - Yox, qorxutmur. Düzgün təhlil etsək, görərik ki, klub olaraq irəliləyiş var. Futbolçular basqını üzərlərindən ata biliblər. Artıq evdə ev sahibi kimi oynaya bilirik. Yeni gələn oyunçular, adaptasiya - bunda da irəliləyiş var. Bu işlər görüldükcə, nəticə gələcək. Azarkeş hər zaman istəyəcək. Amma bizim planımız var. Pillə-pillə irəli getmək istəyirik. Bəzi məqamlar var ki, vaxt lazımdır. Bu gün lazımsız dəqiqədə qol buraxdıq. Oyun nəzaritimizdə idi. Bunlara vaxt lazımdır. Azarkeşləri başa düşürük.

    - Aleks Souza qısa zamanda komandaya uyğunlaşdı. Onun oyununu necə dəyərləndirirsiniz?

    - Onu yayda transfer etmək istəyirdik, alınmadı. Gəncdir, istiqanlıdır. Komandada özünü elə aparır ki, sanki əsl tovuzludur. Amma tələsmək lazım deyil. Bu tempi saxlamaq çətin olacaq. Futbol çox çətin və maraqlıdır. Çalışırıq ki, onları yaxşı formada saxlayaq. Potensiallı futbolçudur, ondan çox şey gözləyirik.

    - Ayxan Quseynovun Azərbaycan vətəndaşlığı alması məsələsi həll olunub?

    - Xeyr. Yəqin, millinin baş məqşçisi istəməlidir ki, bu, baş tutsun.

    - Başqa ölkələrdə doğulan azərbaycanlı futbolçular burada legioner limiti ilə oynayır. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?

    - Əla mövzudur. Mənim təklifim odur ki, ölkədən kənarda doğulan azərbaycanlı futbolçular legioner sayılmasın. Türkiyəyə baxaq. Almaniyada doğulan oyunçular yerli statusla çıxış edirlər. Eldar Quliyev, Ayxan Quseynov zatən azərbaycanlıdır. Biz onlara yerli statusu verməliyik. Bu futbolçuları qazanmaq lazımdır. Digər ölkələrin akademiyasında böyüyüblər. Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur.

    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved