Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın təcrübəsi "Braqa"ya problem yarada bilər" – Portuqaliyalı qapıçı
    12.02.2024 14:38:08

    “Braqa”nın “Qarabağ”la keçirəcəyi oyunlar gərgin və maraqlı olacaq”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Portuqaliya millisinin və “Braqa” klubunun sabiq qapıçısı Juze Marafona deyib.

    Keçmiş komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlardan söz açan 36 yaşlı qolkiper hər iki komandanın keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib. “Məhz buna görə maraqlı mübarizə gözləyirəm. Amma indidən matçla bağlı proqnoz vermək çətindir. Hər şey hakimin final fitindən sonra məlum olacaq”.

    2016-2019-cu illərdə “Braqa”nın şərəfini qorumuş, hazırda "Pasuş Fereyra"da çıxış edən qapıçı “Qarabağ”ın son illər avrokuboklarda yüksək səviyyədə çıxış etdiyini söyləyib: “Azərbaycan futbolu və “Qarabağ” barədə məlumatlıyam. Ağdam təmsilçisi beynəlxalq arenada güclü komandaları məğlub etməyi bacarıb. Heyətlərində istedadlı oyunçular var. Düşünürəm ki, “Qarabağ”ın avrokubok təcrübəsi “Braqa”ya problem yarada bilər. Bu matçı səbirsizliklə gözləyirəm”.

    Portuqaliya millisinin sabiq üzvü “Braqa”nın heyətində təhlükəli oyunçuların olduğunu vurğulayıb: “Braqa”da istənilən oyunun taleyini dəyişə bilən Rikardu Orta, Abel Ruiz kimi hücumçular, eləcə də orta xətdə bütün məsuliyyəti öz üzərinə götürə bilən Rikardo Salazar və müdafiədə etibarlı oyunu ilə diqqət çəkən Juze Fonte və Kristian Borxa kimi futbolçular var. Adlarını sadaladığım oyunçuların hər biri özünəməxsus keyfiyyətlərə malikdir”.

    Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved