“Neftçi” və Rusiyanın “Spartak” (Moskva) klubları arasında yoldaşlıq görüşü keçiriləcək.
Prosport.Az xəbər verir ki, matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin iyulunda tərəflər Moskvada qarşılaşıb və "Spartak" 2:0 qalib gəlib. Həmin vaxt klub rəhbərlikləri tərəfdaşlıq haqqında 2 illik müqavilə bağlayıb.

