Türkiyə I Liqasının XXII turunun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor"u qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hər iki futbolçumuz meydana start heyətində daxil olub. Vüsal İsgəndərli 63-cü, Ramil Şeydayev isə 80-ci dəqiqədə əvəzlənib.
Həmçinin, bu turda Coşqun Diniyevli "Ümraniyəspor" səfərdə "Çorum"a 1:0 qalib gəlib. Diniyev 68-ci dəqiqədə oyuna daxil olub.
Bəxtiyar Həsənalızadənin məxsus olduğu "Tuzlaspor" səfərdə "Adanaspor"a 1:2 hesabı ilə uduzub. Həsənalızadə yenə heyətə daxil edilməyib.
Sərtan Daşqının çıxış etdiyi "Manisa" isə "Girəsunspor"u 2:0 məğlub edib. Sərtan 88-ci dəqiqəyədək meydanda olub.
"Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" 33 xalla 8-ci, "Ümraniyəspor" 27 xalla 11-ci, "Manisa" 26 xalla 12-ci və "Tuzlaspor" 12 xalla 22-ci pillədədir.

