Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ölkə futbolu üçün nəsə düşünülməlidir" – Qurban Qurbanov
    11.02.2024 22:15:21

    "Azarkeşlər üçün çox baxımlı oyun oldu. Qarşımızda fərqli "Sabah" var idi. Oyun sistemində dəyişiklik etmişdilər. Ola bilər ki, bu, çətinlik yaradırdı. Amma oyunu ələ almağa çalışırdıq. Rəqib sürətli oyunçularından istifadə edirdi. Hər iki komandaya təşəkkür düşür".

    Prosport Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXII turunun "Sabah"la oyunundan (3:3) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Andrey Lunyov uzaqdan zərbələr zamanı topları götürə bilmir. Bu sizi narahat edir?
    – Fikir bildirə bilməyəcəyəm. Baxımlı qollar idi. Hətta rəqibin 3-cü qolunu özüm alqışladım. Əla qol oldu. Videotəkrara baxmaq lazımdır. Buna daha çox qapıçılar üzrə məşqçi baxacaq. Bəlkə düzgün mövqedə deyildi. Amma Lunyov təcrübəli qapıçıdır. Bəzən görürsən ki, belə qollar olmayanda düşünmə qabiliyyəti azalır. Belə qollar olanda qarşıdakı epizodlara daha ciddi hazırlaşırsan.

    – Komandanızda hansı çatışmazlıqları gördünüz?
    – Çatışmazlıqlar var. İdeal formada deyilik. Əgər bu qədər qol buraxırıqsa, demək ki, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burada tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlar oldu. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmaq normaldır. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzmasaq da, topa daha çox sahib olmaq istədik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla nəticə çıxaracağıq.

    – Mərkəz müdafiəçisinin yeri görünür? 
    – Bəhlul Mustafazadə və Bədəvi Hüseynovdan razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı idi. Müdafiənin mərkəzi elədir ki, orada yanılmaq olmaz. Daha diqqətli və dəqiq iş aparılmalıdır. Əlimizdəki futbolçulardan razıyam. Yaxınlarda Allah qoysa, Kevin də geri dönər. 

    – Bu cür oyundan sonra "Braqa" matçına motivasiya olmaq çətin deyil?
    – O oyunlar tam fərqlidir. Motivasiya etmək asandır. Bir həftə içərisində eyni rəqibə qarşı 3 oyun keçirmək yorucu olur. Amma inanmıram ki, bunun "Braqa" ilə oyuna təsiri olsun. Hazırlıq planımız var.

    – Portuqaliyaya yol uzundur. Nə vaxt gedəcəksiniz?
    – 2 gün əvvəl.

    – İlk dəfədir ki, eyni komanda ilə 3 oyunda qapılara 21 qol vuruldu. Bu, hücumçuların bacarığı, yoxsa müdafiəçilərin səhvləridir?
    – Hər iki xəttin bacarığıdır (gülür).

    – Toral Bayramovun "Qalatasaray"a keçidi realdır?
    – Xeyr. Sizin bildiklərinizdir. Sadəcə yazılardır. Onların direktoru da açıqlama vermişdi ki, heç bir futbolçumuzla maraqlanmırlar. 

    – Rəsmi təklif olsa, necə?
    – Klublar arasında razılıq olarsa, mümkündür.

    – Çempionat matçına az adam gəlir, amma "Braqa" ilə görüşdə, yəqin ki, stadion dolacaq. Uzun illərdir bu sualı təkrar-təkrar veririk. Demək ki, hələ heç nə dəyişməyib. Sizcə, bu, nə vaxt dəyişəcək?
    – Deyəcək söz tapmıram. Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Futbolçular daha istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. Amma inanın ki, azarkeş az olanda oyunda ajiotaj da olmur. Amma matç 10-15 min azarkeş qarşısında keçiriləndə daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdur, yoxsa ümumi futbolumuzdur. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Futbol azarkeşsiz futbola bənzəmir. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər matçda daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdır. Futbol üçün nəsə düşünülməlidir ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsin. 10-15 il əvvəl daha çox azarkeş gəlirdi. Azarkeşlər sanki Azərbaycan çempionatından küsüb. Premyer Liqamızın səviyyəsini qaldırmaq lazımdır. Rəqabəti yaxşılaşdırmaq lazımdır. Ümid edək ki, hər şey yaxşı olacaq və bu sualı yenə verməyəcəksiniz (gülür).

    – Aleksey İsayevin "Braqa"ya qarşı oynamaq ehtimalı var?
    – Komandaya yaxşı adaptasiya oldu. Nə qədər bacarıqlı olsan da, klubun istəklərinə tam riayət edə bilmirsən. Ondan daha yaxşısını gözləyirik. Oyunundan razıyıq. "Braqa" ilə matçlara gəlincə, tam heyət bilinmir. Qarşıdakı günlərdə bəlli olacaq.

    – "Xəzər Lənkəran"ın futbolumuza qayıtmaq ehtimalı təsdiqlənib. Stadion təmirə bağlanıb...
    – Ancaq alqışlayıram. Lənkəranda oynamaq... Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, "Xəzər Lənkəran" yenidən qayıtsın. Fikir varsa, alqışlayıram.

    – Millimizin UEFA Millətlər Liqasında rəqibləri bəlli oldu. Bu haqda nə deyə bilərsiniz?
    – Məlumat verə bilmərəm. İstər-istəməz bir o qədər yaxından maraqlanmıram. Millimizə uğurlar arzulayıram. Tanış rəqiblərə qarşı oynayanda bəzi qarşılaşmalar daha asan olur. Çünki rəqibin gücünü bilirsən. Bu dəqiqə ciddi olmayan rəqib yoxdur. Hər bir halda, milliyə uğurlar arzulayıb, inanmalıyıq.

    – Artıq 2-ci matçdır ki, penaltiləri fərqli oyunçular vurur. Bu nədən irəli gəlir?
    – Ehtiyat. İlk penaltini vuran oyunçuların ehtiyatıdır. 

    – Avrokuboklarda da belə olacaq?
    – Təki, avrokubokalarda da penaltilər olsun, baxarıq.

    – "Braqa" haqqında nə deyə bilərsiniz?
    – Topla sürətli olan dinamik komandadır. İlk dəqiqələrdən oyunu ələ almaq və sürəti daim artırmaq barədə düşünürlər. Ona uyğunlaşmağa və qarşısını almağa çalışacağıq. "Braqa" yaxşı komandadır. Ən azından bilirəm ki, hər iki matç maraqlı olacaq.

    – "Qarabağ"ın "Braqa"ya qarşı oyun planı hazırdır?
    – Demək olar ki, hazırdır. Bu gün gecə oyunları var. Bundan əvvəlki matçlarını analiz edəcəyik. Bəlkə hansısa dəyişiklik oldu. Amma plan hazırdır.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved