"Oyunçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. Məğlubiyyətin əsas səbəbi budur".
Prosport.Az-ın xəbərinə görə, bunu "NTD-İndiqo" basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, Azərbaycan Basketbol Liqasının XIV turunun son matçında Xaçmazda "Xırdalan"a gözlənilmədən 80:84 hesabı ilə uduzmalarından danışıb:
"Qarşılaşmaya yenidən baxıb təhlil edəcəyik. Mən hansısa basketbolçunun oyununu qiymətləndirmək istəmirəm. Yenə də bu oyunu təhlil edib lazımi nəticə çıxarmalıyıq".