Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Prosport.Az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb.
Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) 2-cidirsə, İtaliyanın “İnter” (281 xal) kollektivi 3-cüdür.

