Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu barədə mən danışmamalıyam" – Miodraq Bojoviç
    9.02.2024 22:11:48

    “Oyuna yaxşı başladıq. Bir neçə qol epizodumuz var idi. Rəqib də pis təsir bağışlamadı. Onlara qibtə etmək üçün səbəblər var. Bir neçə dəfə VAR-a müraciət olundu. Bu məqamlar oyunun tempini aşağı salırdı. 2-ci yarı da azarkeşlər üçün maraqlı oldu. Bizim üçün bir az əsəbi keçdi. Başa düşürdük ki, 2-ci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan "Forza Neftçi" azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi şəkildə dəstək göstərdilər". 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

    – Lukas Melanoya şans verilmir. Bu nə ilə bağlıdır? O sizin oyun üslubunuza uyğun gəlmir?
    – 
    Melano çoxdandır ki, zədəlidir. Fiziki durumunu bərpa edir.

    – Brayan Moreno və Yeqor Boqomolski hücumda yaxşı çıxış etmir. Amma əvəzedici heyətdə oynayan Ağadadaş Salyanski hər görüşdə qol vurur. Ona şans vermək olmaz?
    – 
    Ağadadaş bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik.

    – Mərhələni adladınız. Bəs, komandanın oyunu sizi razı saldı? 
    – Kubok elədir ki, cəmi 1-2 oyununuz olur. Əsas olan mərhələni adlamaqdır. Heç vaxt oynadığımız oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyirəm. Biz layiqli qələbə qazandıq. Oyuna diqqətli baxanlar gördü ki, qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi.

    – Rusiyada uğurlarınız daha çox kubokla bağlıdır. Azərbaycan Kubokunda finala gedən yolu necə dəyərləndirirsiniz? Yarımfinalda "Qarabağ"la qarşılaşacaqsınız...
    – Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu "Araz-Naxçıvan"la oynayacağıq. "Qarabağ"la oyuna 2 ay var.

    – Dediniz ki, oyunda qeyri-müəyyənlik var idi. Bu, hakimliklə bağlıdır?
    – Oyuna diqqətlə baxmısınızsa, məncə, bu artıq aydındır. Bu barədə mən danışmamalıyam.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved