Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kasad heyətlə problemlər yaşaya bilərik" – Samir Abasov
    9.02.2024 22:01:12

    “Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Çox yaxşı oynadılar. Zədəlilərimiz var idi, sistemimizi dəyişmişdik. Futbolçularımın qalib gəlmək istəyini gördüm. Rəqibi təbrik edir, qarşıdakı matçlarda uğurlar arzulayıram”. 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – 9 gündə eyni rəqiblə 3-cü dəfə oynamaq yorucu oldu?
    – Zərrə qədər də yorucu olmadı. “Neftçi” digər oyunları da bu heyətlə oynamışdı. Oyun üslubu da eyni idi. Məşqçilər olaraq çətinlik çəkmədik. Uşaqların bu 3 oyunu eyni tonusda saxlaması çox xoş idi. 

    – Kubokdan kənarda qaldığınıza görə işinizdə yüngüllük olacaq?
    – Olacaq. 2 gün bərpaya getsə, cəmi 1 günümüz qalacaq. Özü də vacib oyuna çıxacağıq. Hər şey bu oyunla bitməyəcək. 

    – Mərhələni keçə bilməməyinizi nəyə bağlayırsınız? Hakimlikdən razı qaldınız?
    – Heç nəyə bağlamırıq. Səmimi olmağa çalışıram. Rəqibi təbrik edirəm. Sadəcə, ilk oyundakı səhvlərimiz vəziyyəti bu yerə çatdırdı. Bu matçı da çıxara bilərdik. Başabaş oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oynadığımız göründü. "Sumqayıt" bu yolu tutubsa, qələbə də, məğlubiyyət də olacaq. Yeni komanda üçün çətindir. Komandam bu cür oynamağa başlasa, rəqiblərə də çətin olar.

    – Bəzi epizodlarda hakim oyunu saxlayırdı. Halbuki əks-hücumlara çıxa bilərdiniz...
    – Doğrudur. 4-cü hakimə minnətdaram. Çox anlayışlı idi. İlk dəfə idi ki, etdiyim etirazlara hakim razılıq verirdi.

    – Transfer pəncərəsi artıq bağlandı. Demişdiniz ki, axtarışdayıq. Azad agent olan futbolçularla danışıqlar davam etdirilir?
    – Çox çətin durumdayıq. O qədər oyunçu təklif edilir ki. Skandinaviya ölkələrində liqa noyabrda bitib. Fiziki durumları bizə kömək edəcək? Axtarışdayıq. Bura gəlməmişdən qabaq 2 oyunçuya təklif göndərmişdilər, baxa bilmədik. Amma yenə baxacağıq. Kasad heyətlə problemlər yaşaya bilərik. İlin əvvəlində bu problemlər gözə görünmürdü. Amma getdikcə nəzərə çarpacaq. Bütün komandalar mübarizə aparır. Problem yaşayacağıq. Amma transfer alınmasa belə, təslim olmayacağıq. 

    – Çempionat matçından sonra bildirmişdiniz ki, futbolçular oyunu çıxaracaqlarına söz verib. Həmin söz bu oyundan qabaq da verilmişdi? 
    – Ad günü ərəfəsi idi. Uşaqlar da kubok oyununda 2 qol vurduqdan sonra motivasiyalı idi. Stadion təmirdən çıxmışdı, oyunumuza çox adam gələcəkdi, onları yükləmişdik. Onlar da bizə söz vermişdi. Həmin oyunu futbolçular çıxardı. Amma məşqçi işi də ortaya çıxmalıdır. Əfsuslar ki, bunu edə bilmədim.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved