"Qalib gəlmək fikrində olmayan uşaqlarımızla oyunu uduzduq. Eyni zamanda həlledici anda 4 dəfə top itirdik ki, bu da komandanın oyununa təsir etdi".
Prosport.Az-ın xəbərinə görə, bunu "Şəki" komandasının baş məşqçisi Aleksander Uco deyib.
Nigeriyalı məşqçi Azərbaycan Basketbol Liqasının XIV turunun "Xəzri" ilə oyunundan sonra komandasının uduzma səbəbini açıqlayıb: Nəhayət, biz oyun zamanı intizamlı və topla güclü deyildik. Yalnız daha çox işləmək və qalib gəlmək lazımdır".
Qeyd edək ki, bütün oyunlarda məğlub olan "Şəki" XIV turda "Xəzri"yə 86:90 hesabı ilə uduzub.

