Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zirə" mərkəzi keçə bilmirdi" - Şahin Diniyev
    8.02.2024 20:01:57

    "Səbail" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"yə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

    Prosport.Az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - "Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bunu qəbul etmək lazımdır. Bunlardan dərs çıxarmalıyıq. Oyunun qırılma nöqtəsi 3-cü dəqiqə oldu. Təsadüfi və sadə qol buraxdıq. Taktiki sistem ondan sonra qırıldı. Mütləq irəli getməliydik. Təmkinlə yox, emosiyalarla irəli getdik. Yadıma gəlmir ki, bir oyunda bu qədər qol epizodu yaradaq. Bir qol vursaydıq, bəlkə də vəziyyəti dəyişərdik. Hücumda oynamağa çalışdıq. Rəşad Sadıqov düzgün taktika quraraq, bizi əks-hücumlarda tutdu. 3-cü dəqiqədə buraxıaln qol planları pozdu. Futbolçular istəkli idi. Bu qədər epizoddan istifadə etməmək nəticəyə təsir edəcək. Çempionata köklənməliyik. Finala qədər getsəydik də, çətin olacaqdı. Yeni oyunçular tam adaptasiya olmasalar da, keyfiyyətlidilər.

    - Pedro Nununu niyə sonradan meydana buraxdınız?

    - Nə Madini, nə Masikanı, nə də Alluşu hazırlıq matçlarında görmüşəm. Onların potensiallarına bələd olmaq üçün meydana buraxdım. Pedronu tanıyıram. Çempionatdakı oyunlar üçün vacib idi ki, Madi, Masika və Alluşun tam gücünü bilək. Pedro özünü sübut etmiş oyunçudur. Deməzdim ki, kuboku çempionata qurban verdik. Kubokda da oynamaq istəyirdik, alınmadı. Çox bəsit qollar buraxırıq. Müdafiədə çox pis oynayırıq. "Qarabağ"la oyuna baxıram, müdafiədə çox yaxşı idik. Məcburiyyətdən irəli getdik. Fərdi səhvlər çox idi. Futbolçuların üstünə də getmək olmaz. Onlara dəstək olmalıyıq. Günahkar mənəm, futbolçuların arxasındayam. Komanda uduzubsa, məsuliyyət məndədir. 

    - Kubokla vidalaşdınız, çempionatda 6-cı pillədəsiniz. Vəziyyətdən necə çıxacaqsınız? 

    - Xoşuma gəlməyən ruhdan düşən insandır. Yıxılmamışıq. Komandamın oyunu və sistemi var. "Zirə" bu gün mərkəzi keçə bilmirdi. Futbolçuların işə yanaşmasına görə də auramı korlamıram. Çempionatın əvvəlində üç oyundan sonra 1 xalımız var idi. Bomba bir yerə iki dəfə düşmür. Amma yenə düşə bilər. Zədəlilərimiz oldu. Çempionatın üç oyunundan sonra yenə bir xalımız var. Komandada hələ çox şeylər görəcəksiniz. Düzgün yoldayıq. 

    - Bu vəziyyət klubdakı gələcəyinizə necə təsir edəcək?

    - Mənim üçün şəxsi müqavilədən daha çox komandanın uğuru öndədir. Heç vaxt qorxmamışam. Savadımı əlimdən ala bilməzlər. Əsas odur. Hər məşqçinin çemodanı yanında olmalıdır. Komandaya inamım böyükdür. Keçənilki "Səbail" deyilik. "Qarabağ"la başabaş oynayan komandayıq. Uğursuzluq çox çəkməyəcək. Bəhanələrim yoxdur. Bu kollektiv "Səbail"i irəli aparacaq.

    - Ağabala Ramazanov və David Qomis məşqlərə başlayıb?

    - Martdan tez başlamayacaqlar.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved