FIFA Polşanın LKS klubuna qoyduğu transfer qadağasını ləğv edib.
Prosport.Az xəbər verir ki, Luç təmsilçisi keçmiş futbolçuları Mikel Reyqaard və Rikardinyoya olan borcunu tam ödədiyi üçün qış fasiləsində alınan oyunçuların qeydiyyatına icazə verilib.
Bu isə o deməkdir ki, bir müddət öncə LKS-yə keçən Rahil Məmmədovun sifariş olunması üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, Rahil Məmmədov yanvarda Polşa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

