AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunun I mərhələsi başlayıb.
Prosport.Az xəbər verir ki, milli assosiasiyanın Təhsil və Reabilitasiya mərkəzində baş tutan məşğələ fevralın 8-dək davam edəcək.
Kurs AFFA Təhsil proqramının rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun iştirakı ilə keçirilir. Məşğələdə Vüqar Nadiroc, Elvin Məmmədov və Kərim Diniyev kimi Azərbaycan millisinin sabiq futbolçuları da iştirak edirlər.
Qeyd edək ki, UEFA B kursunun II modulu martın 4-7-si aralığında keçiriləcək.

