“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Prosport.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubiley matçı Azərbaycan Premyer Liqasının XXI turunda baş tutub.
33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.
O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.
Qeyd edək ki, Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) debüt edib.

