"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Kəpəz"ə 1:3 hesabı ilə məğlub olub.
Prosport.Az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibi təbrik edirəm. Həm kubok, həm çempionatda oynamaq çətindir. Oyun barədə çox şey demək istəmirəm. Standard vəziyyətlərdən 2 qol buraxdıq. Oyunun əvvəlində qol epizodlarını dəyərləndirə bilmədik. Əsas problem budur.
– Ən zəif oyununuzu keçirdiyinizi demək olar?
– İlk 20 dəqiqədə yox, amma ondan sonrası üçün demək olar. Yorğunluq öz təsirini göstərir. Mənə görə, bu, ən zəif oyunumuz idi.
– 2 müdafiəçinin olmaması oyununuza təsir etdi?
– Abdulla Rzayevin köhnə zədəsi var. İqor Rodriqes isə qrip virusuna yoluxub. 2 əsas heyət oyunçusunun olmaması təsir edir.
– Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?
– Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyası geniş deyil. Rotasiyalar edə bilmirik. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik.

