Azərbaycam Premyer Liqasında XXI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, bağlanış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma nominal meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb – 3:1.
Hesabı 19-cu dəqiqədə Gəncə klubunun heyətində Ehtiram Şahverdiyev açıb. Naxçıvan təmsilçisi 28-ci dəqiqədə Orxan Əliyevin qolu ilə tarazlığı bərpa edib. Şahverdiyev 34-cü dəqiqədə yenidən səhnəyə çıxaraq komandasını önə keçirib. Matçda son nöqtəni isə 69-cu dəqiqədə Amil Yunanov qoyub.
Bu qələbə ilə xallarını 20-yə çatdıran “Kəpəz” 9-cu pillədə qərarlaşıb.27 xalı olan “Araz-Naxçıvan” isə altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında lider “Qarabağ” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” - “Turan Tovuz”, “Qəbələ” – “Zirə” matçlarında isə qalib müəyyənləşməyib – 1:1.