Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən VAR susur, belə epizodlar adamı məyus edir" – Rəşad Sadıqov
    4.02.2024 20:31:32

    "Zirə" Azərbaycan Premyer Liqasının XXl turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Qəbələ səfəri hər komanda üçün ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Hər iki komanda çox istəkli idi. Matça pis başlamadıq, oyuna biz nəzarət edirdik. Gözlənilməz qol buraxdıq. Sonra qol vurduq və nəzarəti əldə aldıq. 2-ci hissədə hücum potensialını daha da gücləndirdik. Lakin istədiyimiz qolu vura bilmədik. 2 epizodda rəqib qapıçı etibarlı oynadı. Bu cür oyunda, Qəbələ səfərində 1 xal pis nəticə deyil. Qarşıda "Səbail"lə çox vacib oyun bizi gözləyir. Ona hazırlaşacağıq.

    – Ülvi İsgəndərov 2-ci dəfədir ki, "Zirə"yə uzaq məsafədən qol vurur. Həmin qolu necə şərh edərdiniz?
    – Demirəm ki, Ülvi bizə qarşı xüsusi motivasiya ilə oynayır. Amma artıq alışımışıq. Bizimlə hər oyunda ya qol vurur, ya məhsuldar ötürmə edir. Təəssüf ki, belə qol buraxdıq. Oyundan öncə bu haqda danışmışdıq. Amma Ülvinin usta vuruşuna qiymət vermək lazımdır.

    – Matçın 70-ci dəqiqəsində ehtiyat oyunçular skamyası tərəfdə gərginlik yaşandı. Orada nə baş vermişdi?
    – Anlaşılmazlıq var idi. Əsas odur ki, problem aradan qalxdı.

    – Hakimin idarəçiliyindən razı qaldınız?
    – Bəyəndim deyə bilmərəm. Mənə ədalətli hakimlik lazımdır. Ümumən bu gün foullar çox idi. Tez-tez qayda pozuntuları olurdu. Ümumiyyətlə, "Qəbələ" ilə buradakı oyunlarımız həmişə aqressiv keçir. Amma indi onların vəziyyəti elədir ki, hər rəqibə qarşı bu cür yanaşırlar. Bu, başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı qələbə qazanmaq istəyir.

    – Klublar Komitəsinin Barış Şimşəklə görüşü oldu. Sizcə, bu görüşdən sonra hakim səhvləri azalacaq?
    – Barış Şimşəkin işinə qiymət vermək istəmirəm. Bizim 5-6 yaxşı hakimimiz var. Hakimliklə bağlı etirazlarımız odur ki, aydın epizodlar idi. Bəzən VAR susur, belə epizodlar adamı məyus edir.

    – Rüstəm Əhmədzadə nə vaxt yaşıl meydanlara qayıdacaq?
    – Ən azı 1 ay komandadan ayrı qalacaq. Çox ağır zədə alıb.

    – Veteran futbolçu Mahir Şükürov sizin təkləndiyinizi deyib. Bu fikirlə razısınız?
    – Təklənmişəm deməzdim. Ötən mətbuat konfransında bu haqda danışdım. Yenidən qayıtmaq istəmirəm. Bir çox hadisələr futbol camiəsinin gözünün qabağında baş verir. Ümid edək ki, nə bizim, nə də digər komandaların əleyhinə qərarlar olacaq. Çünki bir səhv ilin sonunda çox ağır nəticələrə səbəb olur.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved