Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyunu uşaqlar uddu, mən tamadalıq etməyə gəlmişdim" – Samir Abasov
    4.02.2024 18:06:39

    "Oyunu sırf uşaqlar uddu. Mənim xəbərim yoxdur. Özləri hazırlaşdılar, dedilər ki, oyunu özümüz çıxaracağıq. Bura sadəcə tamadalıq etməyə gəlmişəm. Azarkeşlərə təşəkkür edirəm ki, bu atmosferi bizə yaşatdılar. Hər iki komandanın azarkeşləri futbol oyununun ritmini saxladılar. Bu gün komnada ən yaxşsını edir. Azarkeşlərin stadiona gəlməsi bizə stimul verir. Onlar gəlsin ki, bizim də işimiz yüngülləşsin. Hansısa futbolçunu komandaya dəvət edəndə, tribunalara baxır. Oynamaq bizdən, tirbunaları doldurmaq azarkeşlərdən. Sumqayıt idman şəhəridir. "Məşqçi filan şey etdi, futbolçu niyə vurmadı" sözlərini gəlib stadionda desinlər". 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXI turunun "Neftçi" ilə oyunundan (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablanıdırıb.

    – Kazimir Ninqanın performansını necə dəyərləndirirsiniz?
    – Ümumi komanda bu gün yaxşı idi. Bir neçə oyun əvvəl güc bölgüsü ilə bağlı danışmışdım. Bu oyunda baş verənlər də sözlərimə "peçat" oldu. 2-ci hissə başlayandan sona qədər komandada çöküş getdi. Biz rəqibə görə oynadıq, əks-hücumlara keçdik. Amma onları yüksək səviyyədə edə bilməməyimizin səbəbi gücümüzün o dərəcədə olmaması idi. Son kubok matçında çox enerji sərf etdik. Bilirdik ki, stadionun açılışı olacaq və "Neftçi" ilə oyuna köklənməliyik. Kubokda hər şeyin bizim üçün itdiyini demək olmaz. Doğrudur, bizim yolda "Sabah", "Neftçi", "Qarabağ" var. Bizi bura niyə salmısınız? Bircə, "Qalatasaray" qalıb, onu da gətirin də. Çox çətin olacaq. Başa düşürük. Amma yenə də əlimizdən gələni edəcəyik.

    – Matçın son dəqiqələri çox emosional alındı. Həmin anlarda nə baş vermişdi?
    – Biz elə bildik ki, oyun bitdi. 4-cü hakim deyir ki, siz hara gedirsiniz, nə edirsiniz? Amma saniyələr qalmışdı. Elçin Məsiyev də penaltidən sonra 1 dəqiqə göstərmişdi, biz də baxırdıq dəqiqəyə. Hər şey ola bilərdi. Şükür Allaha, belə bitdi. Müdafiəçilərimiz rəqibin təzyiqinə baxmayaraq, ayaqüstə qala bildi.

    – Futbolçularınız 3 gün əvvəlki kubokdakı məğlubiyyətin əvəzini çıxa bildi. Bəs, həmin oyuna başqa motivasiya ilə çıxmışdılar?
    – Xeyr, başqa motivasiya deyildi. Bugünkü görüş həmin oyunun davamı idi. Motivasiya siz fikirləşdiyiniz kimi olsaydı, 0:3-dan sonra sınmış komanda görərdiniz. Amma həmin komandamızdan "buranın yiyəsi bizik, udmaq istəyən komanda bizik" ab-havasını gördük. Matçdan qabaq uşaqlara dedim ki, oynayacağınız görüş növbəti matçlara təsir edəcək. Uşaqlar mənə də dedilər ki, narahat olmayın. Kubok matçı 0:3 bitsəydi, inanmıram ki, bu gün belə olardı.

    – Qısa müddətdə bir rəqiblə 3 dəfə qarşılaşmaq komandaya necə təsir edir?
    – Mənfi təsir edir. Oyunlarda da hiss olunur, get-gedə də hiss ediləcək. 

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved