Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Legioner limitinin 8+3 olması futbolun inkişafı deyil" – Ayxan Abbasov
    3.02.2024 23:56:04

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXl turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çətin oyun idi, səfərdə oynayırdıq, rəqibin durumu bəlli idi. Baş məşqçinin gedişindən sonra futbolçular daha aqressiv olur. Bu da görünürdü. İlk dəqiqələrdə yaxşı başladıq, istədiyimiz qolu da vurduq. Ondan sonra da epizodlar oldu. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. 2-ci hissədə mübarizə getdi, qol epizodları az oldu. Bir az itkilərimiz var idi. Xəstəliklə bağlı bir neçə futbolçu iştirak etmirdi. Bəzilərini xəstə ola-ola risk etdik. Çempionat daha çətin olacaq. Bundan sonra xallar qazanmaq məcburiyyətindəyik.

    – 70-ci dəqiqədən sonra planınız nə idi?
    – Xəyal Nəcəfov və Fərid Nəbiyevi buraxmaqla topa nəzarəti əldə etdik. Bir az sürətli hücumlar alınmadı. 70-ci dəqiqədən sonra topa sahibolmada rəqibi üstələdik və oyun sakitləşdi. Elə bunu istəyirdik. Futbolçular yorulmuşdu. Faiq Hacıyev, Denis Marandiç hücumda bir az aktiv olsaydı, daha yaxşı ola bilərdi.

    – Qələbə üçün nə çatmadı?
    – Qol çatmadı. 2-ci hissənin əvvəlində çox yaxşı epizodlar oldu. Hücumda istədiyimiz effekti tam ala bilmədik. 

    – Rəqibin baş məşqçisi Murad Musayev olsaydı, başqa cür ola bilərdi?
    – Bunu demək çətindir. Bu gün Murad Musayevin komandası görünürdü. Oyun planında heç bir dəyişiklik görmədim. 

    – "Turan Tovuz"un bu mövsüm maksimum potensialı nədir?
    – Mübarizə aparacağıq. Bu il klub olaraq qarşımıza başqa məqsədlər qoymuşuq. Bunun üzərində də çalışırıq. Bugünkü "Turan Tovuz" ilk gündəkindən fərqlidir. Gücümüz çatan qədər yuxarı pillələr üçün vuruşacağıq. Bundan əlavə görüləsi işlər var. Nəticədən önəmli amillər var ki, biz bu gün klub olmaq üçün bunları yavaş-yavaş düzəldirik.

    – AFFA Hakimlər Komitəsinin rəhbəri ilə görüşünüz oldu. Bu görüşdən sonra nələrinsə dəyişəcəyinə ümid edirsiniz?
    – Ümidimiz odur ki, səhvlər azalsın. Bu gün İnqilab Məmmədov təcrübəsi ilə işinin öhdəsindən gəlir. İstədiyimiz odur ki, oyunun nəticəsinə təsir edən səhvlər olmasın. Gənc hakimlər çox səhvlər edir. Barış Şimşəklə bu haqda danışdıq. Futbolun içindəki faktorlardan biri də hakimlərdir.

    – Son günlərdə legioner limitinin artırılması ilə bağlı müzakirələr gedir. Siz bunu necə dəyərləndirirsiniz?
    – Çox təəssüf. Bu gün futbolun inkişafından danışırıqsa, limit ən axırıncı yerdədir. Bu gün meydançalar yoxdur. Daha çox baza sistemini düzəltmək lazımdır. 16-17 yaşlı uşaqlar menisk əməliyyatı edir. Klublar nəticə qazandı, nə olacaq? Futbolun inkişafını deməyək, klublar deyir ki, yerli oyunçular yoxdur. Mən heç vaxt bununla razılaşmamışam. Bu gün yerli futbolçular var, oynada bilərik. Gənclərin də yetişməsi üçün meydança lazımdır. Klublar büdcəsindən meydançalara da xərcləməlidir. Təəssüf ki, bəzi klublar bütün pulunu əsas komandaya xərcləyir. Nə isə etmək lazımdır. Biz bunu etmək istəyirik. Nəticə tələb edirlər, suallar olur ki, niyə avrokuboklar üçün oynamırsınız? Amma bu gün Tovuzda bir dənə meydança var. Biz istəyirik ki, orada 4-5 meydança olsun, baza böyüsün. Bunlar olmasa, qalan şeylər müvəqqətidir.

    – Bu cür təkliflərin edilməsi sizin gələcək planlarınıza təsir edə bilər?
    – Yox. Biz klub olaraq tələsməyəcəyik. Transfer siyasətimizə baxın, böyük transferlər etməmişik. Edə bilərdik. Amma istəməmişəm. 1 il 1 milyon qənaət edib onu dediyimiz yerə xərcləyə bilərik. Bununla yanaşı nəticə də istəyirik. Heç bir rəqibdən çəkinmirik, mübarizə aparırıq. Legioner limitinin 8+3 olması futbolun inkişafı deyil.

    – Mətbuatın, ictimaiyyətin tutduğunuz yolda sizə dəstəyi var?
    – Məncə, var. Futbolu bilən, futbolun gələcəyini fikirləşən bizi dəstəkləyir. 1-2 oyunda uduzanda deyirlər ki, nəticə yoxdur. Bu baxımdan tələskənlik var. Azarkeş basqısı ola bilər, bölgədir, bilmirlər. Biz də çalışırıq ki, mütəmadi görüşlər edək, məqsədimizi başa salaq. İddialı yerlər üçün o qədər pul xərcləməmişik. Səbirli olmalıyıq.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved