"Sabah" Azərbaycan Premyer Liqasının XXl turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Maraqlı oyun keçdi. İlk 15-20 dəqiqədə "Turan Tovuz" çox yaxşı və aqressiv oynadı. Ondan sonra biz daha çox topa nəzarət edirdik. 2-ci hissədə rəqibin cərimə meydançasına yaxınlaşsaq da, təhlükəli epizodlar olmadı.
– "Qarabağ"la matçdan sonra nəyi dəyişə bildiniz?
– 2 gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdir. İqor Ponomaryov çalışırdı ki, motivasiyanı qaldırsın. O özü görürdü ki, uşaqlara psixoloji cəhətdən təsir edib. 2 ildən çoxdur ki, Murad Musayevlə bir yerdə işləyirdik.
– Bu gün Xəyal Əliyevə şans verdiniz. Murad Musayev onu tanıyırdı?
– Tək Xəyal yox, Rauf Rüstəmli, Fəxri Məmmədli var. Murad Musayev bu gənc oyunçulara nəzarət edirdi. Onları tez-tez məşqlərə çağırırdı. Onlarda potensial görürdü.

