Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ondan soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan?" – Şahin Diniyev
    3.02.2024 18:36:00

    "Səbail" Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

    – Dramatik bir matç izlədik. Yadıma gəlmir ki, bir oyunda nə vaxt 4 penalti olub. Komandam bu gün layiqli futbol oynadı. Futbolçularım "Qarabağ" kimi komandaya qarşı meydanın hər qarışı uğrunda amansız mübarizə apardı. Əsas məqsəd daha tez oynamaq və cinahları işə salmaq idi. Artıq cinah oyunçularımız qayıdıb. Onlara 1-2 həftə vaxt lazımdır. Zamanla daha yaxşı "Səbail" olacaq. Bu gün məğlub olsaq da, utanılası bir əlamət görmürəm. Alqışalayiq bir komandam var. "Qarabağ"ı təbrik edirəm. Düşünmürəm ki, indiyə kimi hansısa komanda onların qapısı qarşısında bu qədər qol epizodu yaratsın. Sadəcə, nəticə bizi məyus edir. Heç-heçə olsaydı, daha ədalətli olardı. "Səbail" bu gün pis futbol oynamadı.

    – Futbolçularınız 2-3 metrdən qol vura bilmir. Buna münasibətiniz necədir?
    – XII turda "Turan Tovuz"la matçdan sonra komanda qopdu. Bizim kimi komandada bu qədər zədəli oyunçunun olması çətindir. Məcbur olub heç vaxt oynamadığım "5-li" sistemə keçdim. Siz dediyiniz uşaqlıqdır, səviyyədir. 28-30 yaşlı futbolçu ilə bunun üzərində işləməyə dəyməz.

    – Cabir Əmirlinin yerinə əvəzedici komandadan oyunçu götürmək olmaz?
    – Cabir hazır deyil. Ona "çox sağ ol" deyirəm. Ağır zədədən sonra tam bərpa olunmayıb. Bu gün mənim istəyimlə oynadı. 

    – "Zirə" ilə kubok matçı ilə bağlı fikirləriniz necədir?
    – Bizim üçün önəmli matçdır. Hər iki cəbhədə vuruşmağa hazırıq. Bu gün 15-16 nəfər forma davası edir. Komandada rəqabət var. Bu məni sevindirir.

    – Mövsümün əvvəlindəki avrokuboklar hədəfi dəyişməyib?
    – Başlanğıcda bizim tapşırığımız ilk "6-lıq"da olmaq idi. II dövrədən sonra isə gördük ki, avrokuboklarda da oynamaq gücündəyik. Bu komandanın potensialı ona yetər. Belə oynasaq, o yol uzaqda deyil.

    – Ağabala Ramazanovun durumu necədir?
    – David Qomis və Ağabala qayıtsalar da, əvvəlki formada qayıtmayacaqlar. Ağır da olsa, onların yoxluğu ilə barışmışıq. Gələn mövsüm üçün tam düzələcəklər.

    – "Qarabağ"ın "Sabah" üzərindəki 7:1 hesablı qələbəsindən sonra komandanı oyuna hazırlamaq çətin olmadı?
    – Zarafatca Qurban Qurbanovdan soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan? Qurban müəllimə çox böyük hörmətim var. Yaxşı insan, yaxşı məşqçidir. "Qarabağ"la açıq futbol oynamaq cinayətdir, ölümə bərabərdir. 

    – Hakimliklə bağlı fikirləriniz necədir?
    – Hakimlər haqda rəy verməyəcəyəm. Bu mənim işim deyil. Etik normadan kənardır. Hakimə böyük basqı da lazım deyil. Nə "Qarabağ", nə də biz bu gün hakim səhvinin olduğunu deyə bilmərik. Hakim də insandır, o da səhv edə bilər.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved