Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heç bir oyunda istəmərəm ki, belə olsun" – Qurban Qurbanov
    3.02.2024 18:15:09

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Belə gərgin oyunda çox vacib 3 xal əldə etdik. Oynamaq çətin idi. Qarşımızda çox istəkli rəqib var idi. Sonda bacardıq desək, daha düzgün olar.

    – "Qarabağ"ın prezidenti Tahir Gözəl matçdan sonra paltardəyişmə otağına gəldi. Bunun xüsusi səbəbi var idi?
    – Xeyr, sadəcə təbrik etdi. Mən həmin vaxt içəridə yox idim. Çıxanda görüşdük. Sadəcə, təbrik üçün gəlmişdi.

    – Murad Musayevin "Sabah"dan gedişinə münasibətiniz necədir?
    – Əlbəttə ki, üzüldüm. Bəlkə nə vaxtsa Azərbaycana qayıdacaq. İşini sevən birisi idi. Ona qarşı oynamaq mənim üçün həmişə maraqlı idi. Biz nəyəsə müdaxilə edə bilmərik. Ancaq ona uğurlar arzulayıram.

    – Murad Musayev "Qarabağ"a ağır məğlubiyyətdən sonra postundan getdi. Buna görə üzüldünüz?
    – Heç bir oyunda istəmərəm ki, belə olsun. Mən özüm də məşqçiyəm. İstər-istəməz böyükhesablı məğlubiyyətlərə mən özüm də üzülürəm. Heç bir məşqçinin üzülməsini istəmərəm. Ümumiyyətlə məğlubiyyət futbolçulara heç də yaxşı təsir etmir. Futboldur. Futbolu azarkeşlər üçün oynayırıq, sona qədər mübarizə aparmalıyıq. Bəzən hər futbolçu, məşqçi üçün belə məğlubiyyətlərin faydası olur.

    – 2-ci hissədə "Qarabağ"ın oyunu yaxşı alınmırdı. Son dəqiqələrdə isə futbolçularınız vaxt uzadırdı. Bu haqda fikirləriniz necədir?
    – Qeyd etdim ki, qarşımızda çox istəkli komanda var idi. Belə meydançada topla davranmaq bir o qədər də yaxşı olmur. "Səbail"in üstünlüyü ondadır ki, bu meydançada daha çox oyun keçirirlər. Bizdə bir az problemlər olur. Digər tərəfdən biz hər oyun dominantlıq edə bilmərik. Sonda mənim futbolçularım vaxt keçirmədi. Əvvəlki dəqiqələrdə daha çox vaxt keçirilirdi, nəinki son dəqiqələrdə.

    – "Braqa" ilə oyunlarda Bəhlul Mustafazadənin yanında kimin olacağına qərar vermisiniz?
    – Hazırda mərkəz müdafiəçilərimiz var. Başqa futbolçuları bu mövqedə oynatmağı fikirləşmirəm. Hərənin öz mövqeyində olmağı daha uyğundur. 

    – "Sabah"la kubokun cavab matçında əsas heyətə istirahət verəcəksiniz?
    – Demək olar ki, hər oyunda rotasiyalar edirik. Bütün futbolçuların hazırlığı eyni səviyyədə deyil. Bu gün Yassin Benzyanı 45 dəqiqə belə oynatmağa görə narahat idim. Amma 60 dəqiqə oyunda oldu. Marko Yankoviç də öz optimal formasından uzaqdır. Rotasiyalar olacaq. Qarşıdakı turlarda əsas heyəti tam formalaşdırmaq istəyirik.

    – Köməkçiniz "Braqa"nın oyununu izləməyə gedəcək. Ona xüsusi tapşırıq vermisiniz?
    – Əlbəttə ki, hər hansı tapşırıqlar verilib. Biz özümüz zatən onların oyunlarına baxırıq. Canlı izləyərkən bəzən bizim düşünmədiyimiz elementlər olur. Buna diqqətlə baxılacaq.

    – "Braqa" ilə ilk oyun üçün beyninizdə bir sistem var?
    – Dəfələrlə demişəm ki, biz öz oyunumuzu yaxşılaşdırmaq istəyirik. Sadəcə, qarşımızdakı rəqibə görə bəzən bəzi detallar dəyişir. Çox ciddi dəyişikliyin edilməsini düşünmürəm.

    – Bir çox klublar legioner limitinin dəyişdirilməsini tələb edir. Sizin buna münasibətiniz necədir?
    – Bu barədə düşünməmişəm. İndi hər hansı cavab versəm, yanlış düşüncə olar. Bugünkü qayda nədirsə, ona əməl etməyə çalışırıq.

    – "Qalatasaray"ın idman direktoru Cenk Ergün oyunu izləyirdi. Bunun səbəbi nə idi? Onunla təkbətək görüşünüz olacaq?
    – Məlumatım yox idi, xoş gəlib. Görüşümüz planlaşdırılmayıb.

    – Ən yaxın izləyicinizdən 18 xal qabaqdasınız. "Qarabağ" növbəti turlarda stimulu haradan tapacaq?
    – Biz buna arxayın olmalı deyilik. Bu gün məğlub da ola bilərdik. 10-15 xal öndəyik deyə işimiz tamamlanıb düşüncəsi yoxdur. Futbolçularımız il boyu yaxşı idman formasında olmalıdır. İstənilən nəticə bizə mane olmayacaq. Qarşıda fərqli turnirlər, fərqli oyunlar var. Çalışmalıyıq ki, komandanı həmin yarışlara yaxşı hazırlayaq.

    – Publika.az saytında belə xəbər çıxdı ki, yuxarı dairələrdə sizin AFFA prezidentliyinə namizədliyiniz müzakirə olunur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həm də federasiyaya rəhbərlik edə bilər?
    – Mən ümumiyyətlə sosial şəbəkələrdən uzağam. Xəbəri oxumamışam, indi eşidirəm. Bu mənə aid olan bir sual deyil. "Qarabağ"dayam, bütün diqqətim komandada, çempionatda, "Braqa" ilə oyundadır. Xahiş edirəm mənə belə suallar verməyin.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved