“Qarabağ” futbolçusu Leandru Andrade ilə müqaviləni yeniləyib.
Prosport.Az xəbər verir ki, klubla kabo verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.
24 yaşlı futbolçu 2022-ci ilin yanvarından Ağdam komandasının formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.
Qeyd edək ki, Leandru Andrade “Qarabağ”ın heyətində 2 dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, 1 dəfə (2021/22) ölkə kubokunun qalibi olub. Onu bu qış fasiləsində Çinin "Şanxay Şenhua", eləcə də Rusiyanın "Krasnodar" və "Rubin" klubları istəyirdi. Çin klubu hətta "Qarabağ"a rəsmi təklif göndərsə də, keçid baş tutmamışdı.

