Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah"dan ayrılmaq qərarını özüm vermişəm" – Murad Musayev
    2.02.2024 15:30:57

    "Sabah" klubundan ayrılan Murad Musayev istefasının səbəbləri barədə növbəti açıqlama verib.

    Prosport.Az xəbər verir ki, o, "Matç TV"yə müsahibəsində bununla bağlı fikirlərini bildirib.

    – "Sabah"dan getmək qərarı necə verildi? Bu sizin təşəbbüsünüz idi, yoxsa klubun?
    – Son 2 ildə “Sabah” parlaq oyun nümayiş etdirdi, sabit yüksək nəticələr göstərdi. Amma indi bu sabitlik, qələbə ehtirası və emosiyalar yoxdur. Ümid edirəm ki, yeni məşqçi bunu dəyişə bilər. Çünki turnir cədvəlində 3-cü yerdən komandanı cəmi 5 xal ayırır. Bu qərarı özüm vermişəm. Başa düşürəm ki, məşqçi dəyişikliyi indi klub və komanda üçün lazım idi. Çempionatda Avropa kuboklarına vəsiqə qazanmaq üçün yaxşı şanslar var. Mən “Sabah”a bunu arzulayıram.

    – Rəhbərlik sizi getməmək üçün razı salmağa cəhd etdimi?
    – Bəli, “Sabah”ın rəhbərləri getməyimi istəmirdi. Amma bu mənim qərarım idi. Ona hörmətlə yanaşırdılar.

    – “Sabah”dan təəssüflə ayrılırsınız?
    – Getmək həmişə çətindir. Xüsusən də əgər həmin klubda bir neçə il zaman keçirmisənsə. Görülən işlərlə həmişə fəxr edəcəyəm. Biz nəinki yaxşı nəticələr qazandıq, komandanın özünəməxsus oyun tərzi də yarandı. Biz “Qarabağ”, “Partizan”, “Neftçi” kimi güclü klublarla matçlarda nəinki bərabər səviyyədə oynadıq, hətta qələbə də qazandıq. Bu gün (dünən – red.) bazada futbolçular və heyətlə vidalaşdım, çoxlu emosiyalar var idi. Amma futbol həyatı belədir. Zaman-zaman hamımız bir klubdan digərinə keçirik. İndi dincəlməli və yeni gələcəyə yeni güclə davam etməliyik.

    – Yaxşı istirahət etməyi planlaşdırırsınız, yoxsa qısa müddətdə təklifləri nəzərdən keçirməyə hazırsınız?
    – 1-2 ay dincəlmək, ailəmlə vaxt keçirmək istəyirəm. Sonrasına baxacağam.

    – Valeri Karpin Rusiya millisinin təlim-məşq toplanışından sonra deyirdi ki, onun xarici aləmlə heç bir əlaqəsi olmayan dərin meşəyə getmək arzusu var. Bəs, sizdə necə?
    – Məndə belə bir arzu yoxdur (gülür). Əgər "Krasnodar"dan ayrıldıqdan sonra və indiki vəziyyətimi müqayisə etsək, mən tamamilə yaxşıyam.

    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved