Baş məşqçisiz qalan "Sabah" komandasını oyunlara çıxaracaq məşqçilər müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, komandanı müvəqqəti olaraq yenə klubun Müşahidə Şurasının üzvü və idman direktoru olan İqor Ponomaryov oyunlara çıxaracaq. Köhnə məşqçi heyətindən Ruslan Qafitullin və qapıçılar üzrə məşqçi Vitali Kovalyov yenə iş başında olacaq.
Əvəzedici komandadan Rəşad Eyyubov əsas komandaya kömək edəcək. Komanda Premyer Liqanın XXI turunun "Turan Tovuz"la sabah keçiriləcək ev qarşılaşmasına məhz bu məşqçilər heyətinin rəhbərliyi altında hazırlaşır.
Qeyd edək ki, dünən Murad Musayev "Sabah"dan ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi də bu istəyi reallaşdırıb. Həmçinin, Musayevin köməkçiləri – Artur Olenin, Vitali Korneyev və fiziki hazırlıq üzrə məşqçi Aleksey Malaxov da komandanı tərk edib.

