İspaniyanın "Sevilya" klubu İngiltərə təmsilçisi "Totenhem"in hücumçusu Alexo Velisi transfer edib.
Prosport.Az xəbər verir ki, müqavilə 2023/24 mövsümünün sonuna qədər satın alma hüququ olmadan icarəni nəzərdə tutur.
19 yaşlı argentinalı "Totenhem"ə 2023-cü ilin yayında "Rozario Sentral"dan 15 milyon avroya keçib.
Qeyd edək ki, Alexo Velis bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyun keçirib və 1 qol vurub.

