"Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, Niderlandın I Liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş heyətə cəlb olunub.
2016/17 mövsümündə "Ayaks"da futbolun sirlərinə yiyələnmiş Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə 2019-cu ildə İrlandiyada keçirilmiş Avropa çempionatının qalibi olub.

